Prezidentin köməkçisi: “Ermənistan silahlı qüvvələri Bərdəyə raket zərbələri endirib”


  • 28 Oktyabr 2020 13:58

“Ermənistan silahlı qüvvələri Tərtərə raket hücumundan sonra Bərdəyə raket zərbələri endirib”.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Ermənistan dünən çox sayda mülki insanın kasetli raketlərlə öldürülməsindən heç bir nəticə çıxarmayıb. Ermənistan hərbi işğala və müharibə cinayətlərinə son qoymalıdır!” - deyə H. Hacıyev qeyd edib.

Oxşar xəbərlər