Məzmuna keç

“Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur” –

Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır", – məlumatda bildirilib.