“Ermənistan prezidenti RBC TV-yə müsahibəsində həqiqətləri təhrif edib. Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb”.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva tvitterdə yazıb.
“O iddia edib ki, 1980-ci illərin sonunda 1 milyondan çox erməni Azərbaycanı tərk edib. Fakt: 1989-cu ilin siyahıyaalınmasına görə, 390 505 erməni yaşayıb”, – o qeyd edib.
