Məzmuna keç

Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını etiraf etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə N. Paşinyan özünün "facebook"dakı səhifəsində yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, – deyə o, qeyd edib.

Qeyd edək ki, söhbət Ermənistanın kapitulyasiyasından gedir. Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin azad edilməsi 27 sentyabrda başlanmış müharibənin taleyini həll edib. Şuşanın azad edilməsindən sonra Nikol Paşinyan Azərbaycan Respublikası Prezidentinin tələbləri ilə razılaşmaq məcburiyyətində qalıb.