Məzmuna keç

Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim və daha 18 nəfər azadlığa buraxıldı

Bu gün Səbail Rayon Məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə baş tutan məhkəmə prosesində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri də daxil olmaqla 21 nəfər barəsində qərar verilib.

E-huquq.az xəbər verir ki, 21 nəfərin həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Ev dustaqlığına buraxılanlar arasında AXCP üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmov, Bəxtiyar İmanov, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov, Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev, həmçinin Şəmsi Rəhimli, Elçin Mehdiyev, Fariz Məmmədov, Emin Hüseynzadə, Ariz Səfərli, Ceyhun Məmmədov, Vüsal Quliyev də var.