Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət etdi


  • 26 Noyabr 2020 12:40

Milli Məclis noyabrın 25-də Fransa Senatının hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran tövsiyə xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

E-huquq.az xəbər verir ki, bəyanatda ölkə parlamenti tərəfindən aşağıdakı msələlərlə bağlı Azərbaycan hökumətinə çağırış edilib.

1.Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilsin.

2.Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılsın.

3.İqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsün.

Oxşar xəbərlər