Məzmuna keç

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı oldu –

Azərbacan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən e-huquq.az-a bildirilib ki, bu ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

***

15:16

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları bəyanatının müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, – nazirlikdən bildirilib.