Məzmuna keç

“Bu gün Qarabağ səmalarını əski parçaları deyil, ay və ulduz bəzəyir”

Azərbaycanlı qardaşlarımızın mücadilələri nəticəsində bu gün Qarabağ səmalarını əski parçaları deyil, ay və ulduz bəzəyir.

E-huquq.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır.