Məzmuna keç

Milli Məclisin komitələrində 2021-ci ilin büdcə zərfi müzakirə ediləcək

Bu gün Milli Məclisin komitələrində 2021-ci ilin büdcə zərfi müzakirə ediləcək.

E-huquq.az-ın məlumatına görə, komitələr iclasda büdcə zərfini müzakirə edib təklif və rəylərini bildirəcəklər.

Qeyd edək ki, parlamentin sabah keçiriləcək plenar iclasında büdcə zərfi müzakirəyə çıxarılacaq.