Məzmuna keç

Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə telefonla danışdı

Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən e-huquq.az-a bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqdədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq, ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.