Məzmuna keç

Ərdogan türk liderlərinə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şevket Mirziyoyevə, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara zəng edib.

E-huquq.az "TRT Haber"ə istinadla xəbər verir ki, Türkiyə lideri ilə həmkarları qarşılıqlı olaraq bir-birlərini Yeni il münasibətiylə təbrik ediblər.

Həmçinin bildirilir ki, söhbət zamanı Yeni ildə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələlərdə əməkdaşlığın gücləndirilməsi üçün qətiyyətli olmağın vacibliyi vurğulanıb.