21.10.2026
Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəldi
Siyasət

Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəldi

Yan 4, 2021

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Azərbaycana gəlib.

E-huquq.az Rusiya FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir.

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.