23.10.2026
“İşğaldan azad edilmiş torpaqlarda dağıntı törədənlərə qarşı hüquqi müstəvidə addımlar atacağıq”
Siyasət

“İşğaldan azad edilmiş torpaqlarda dağıntı törədənlərə qarşı hüquqi müstəvidə addımlar atacağıq”

Yan 5, 2021

“Azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısı hazırlanmalıdır. Onlar onsuz da var idi, amma indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə baxmalıyıq ki, onları sonra bərpa edək. Ancaq, ilk növbədə, əlbəttə ki, onların təftişi, kvalifikasiyası aparılmalı və beynəlxalq şirkətləri dəvət etməklə onların bütün siyahısı tərtib edilməlidir”.

E-huquq.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, azad edilmiş torpaqlarda bütövlükdə dağıntılar siyahıya alınır: “Bu dağıntıları törədənlərə qarşı biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq”.