Putin və Ərdoğan Qarabağla bağlı məsələni müzakirə ediblər


  • 13 Yanvar 2021 16:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

V.Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb.

Bildirilib ki, V.Putin və R.T.Ərdoğan Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.

Türkiyənin dövlət başçısı Rusiyanın Qarabağda münaqişə həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.

Oxşar xəbərlər