Azərbaycan və Finlandiya XİN başçıları arasında telefon danışığı olub


  • 15 Yanvar 2021 17:32

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Finlandiya xarici işlər naziri Pekka Olavi Haavisto ilə telefon danışığı baş tutub.

Bu barədə e-huquq.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb.

Nazirlər, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də 11 yanvar 2021-ci il tarixində imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər