Məzmuna keç

Prezident İlham Əliyev və Mehriban Əliyeva Abşeronda bir sıra sosial obyektlərin, Yasamalda meşə tipli parkın açılışında iştirak ediblər

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

E-huquq.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.