Məzmuna keç

Azərbaycan XİN başçısı britaniyalı naziri qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflərin ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdikləri qeyd olunur.

Xatırladırıq ki, Vendi Morton fevralın 8-də Azərbaycana ikigünlük səfərə gəlib.