Minaatan batareyalarının döyüş atışlı təlimləri davam edir - VİDEO


  • 19 Fevral 17:40

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları icra edir.

Təlim məşqləri davam edir.

Oxşar xəbərlər