Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz


  • 26 Fevral 2021 09:43

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib.

E-huquq.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO) - Gallery Image

Oxşar xəbərlər