İƏT baş katibinin köməkçisi: “Azərbaycanı bundan sonra da dəstəkləyəcəyik”


  • 8 Aprel 2021 11:12

“Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması günlərini sizinlə birgə yaşamaqdan çox şadıq. Uzun illər işğal altında qalan ərazilərin azad olunması ilə əlaqədar sizlərə öz təbriklərimizi çatdırmaq istəyirəm”.

E-huquq.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

“İƏT-in üzvləri Azərbaycanın bu məsələdə mövqeyini daim dəstəkləyib. Bu dəstək Azərbaycanın üzv dövlət olduğu üçün deyil, Azərbaycanın ədalətli mövqe tutduğuna görə verilib. Biz bundan sonra da Azərbaycanın mövqeyinə dəstəyimizi nümayiş etdirəcəyik”, - o bildirib.

Oxşar xəbərlər