"Bu səfər erməni vandalizminin ifşası baxımından olduqca əhəmiyyətlidir" - Deputat


  • 8 Aprel 2021 15:02

“İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ağdama səfəri erməni vandalizminin ifşası baxımından olduqca əhəmiyyətlidir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. O bildirib ki, səfər nəticəsində nümayəndələr ermənilərin yaşayış məntəqələrimizə, tarixi abidələrimizə, dini inanc və ibadət yerlərimizə qarşı törətdiyi vəhşiliyin şahidi olublar.

“Onlar öz gözləri ilə gördülər ki, bizim yaşayış məntəqələrimiz, tarixi abidələrimiz dağıdılıb. Məscidlərimizdə heyvan saxlanılıb. Heyvanları niyə başqa yerdə yox, məhz məscidlərdə saxlayıblar?! Təbii ki, bu, ermənilərin islam dininə, müsəlmanlara qarşı nifrətinin bariz nümunəsidir. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri bunu gördü. Onlar öz ölkələrində də ermənilərin vandallığı haqda danışacaqlar. Bu da işğaldan azad olunmuş ərazilərdəki vəziyyətin dünyaya çatdırılmasında mühüm rol oynayacaq”, - deyə C.Paşazadə qeyd edib.

Deputatın fikrincə, işğaldan azad edilən ərazilərimizə bu cür səfərlər daha çox olmalıdır: “Biz ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu baxımdan işğaldan azad edilən ərazilərə səfərlər artırılmalıdır. Qoy bütün dünya əsl erməni xislətini görsün. Görsünlər ki, bu xalq yalnız vurub-dağıtmaq üçün yaranıb”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər