22.10.2026
Baş nazir tibb işçiləri ilə bağlı qərar imzaladı
Siyasət

Baş nazir tibb işçiləri ilə bağlı qərar imzaladı

Okt 8, 2021

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.