Ceyhun Bayramov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, bu barədə XİN rəhbəri tviter səhifəsində paylaşım edib.
“Baharın müjdəçisi olan Novruz Azərbaycanımıza və xalqımıza sülh, əmin-amanlıq, tərəqqi və yeni uğurlar gətirsin. Novruz bayramımız mübarək!”, – paylaşımda deyilir.

