Məzmuna keç

Gələn həftə Milli Məclisin payız sessiyası başlayır

Gələn həftə Milli Məclisin payız sessiyası başlayır

Gələn həftə – sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

E-huquq.az xəbər verir ki, sessiya dövründə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə baxılacaq, o cümlədən 2020-ci ilin büdcə zərfi müzakirə olunacaq.

Payız sessiyası dekabrın 30-dək davam edəcək.

Xatırladaq ki, parlamentin komitələri sentyabrın 11-dən fəaliyyətə başlayıb.