Deputat: "Dövlət Komissiyasının yaradılması Ermənistanla prosesin tənzimlənməsinə öz töhfəsini verəcək"


  • 25 May 2022 16:16

“Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması iki ölkə arasında prosesin tənzimlənməsində öz töhfəsini verəcək”.

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat hesab edir ki, komissiyanın yaradılması iki ölkə arasında mövcud problemi həll etmək istiqamətində atılmış növbəti bir addımdır: "Biz ümumi prosesə baxanda, prosesi təhlil edəndə görürük ki, bu keçmiş münaqişə kifayət qədər ciddi bir prosesdir. Yəni, birdən-birə gözləmək ki, bütün proseslər həll olunacaq, bu, mümkün deyil. Zaman lazımdır və zamanla bu məsələlər həll olunacaq. Bilirik ki, əvvəl də Brüssel görüşü keçirilmişdi. Ermənistan bir neçə dəfə söz versə də, həm Brüsseldə, həm də Moskvada bu komissiyalar yaradılmamışdır. Bu çox ciddi bir irəliləyişdir ki, artıq komissiyalar yaradılıbdır və bunla bağlı bir görüş də keçirilib. Hesab edirəm ki, bu, bizə ümumi məsələnin, prosesin tənzimlənməsində öz ciddi töhfəsini verəcək”,- deyə deputat qeyd edib.

C. Məmmədov onu da bildirib ki, əslində Ermənistanın hazırki Baş naziri və hakimiyyəti bu prosesin yekunlaşmasında, münasibətlərin normallaşmasında maraqlıdır: "Amma bunu da nəzərə almaq lazımdır ki, hazırki hakimiyyətə həm müxalifətdən ciddi təyziqlər var, eyni zamanda burada Rusiyanın özünün də bu məsələnin tənzimlənməsi ilə bağlı fərqli bir baxışı, yanaşması var. Artıq Avropa İttifaqı təşəbbüsü öz əlinə alıb. Və bu da onu söyləməyə əsas verir ki, biz müəyyən bir məsafəni qət edə biləcəyik. Əlbəttə, zaman-zaman Ermənistan tərəfindən hansısa addımların atılma ehtimalı var, nəyisə pozmağa cəhd edə bilərlər. Biz bu mərhələni də keçməliyik və bununla da bütün məqsədlərimizə nail olacağıq".

Gülnar Abdullayeva

Oxşar xəbərlər