Məzmuna keç

Türkiyə MN Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, Türkiyə MN-in “Twitter“ hesabındakı paylaşımda deyilir:

“Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan!

Azərbaycan Türkü qardaşlarımızın 28 May – Müstəqillik Günü mübarək olsun. “Tək Millət, İki Dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik”.