Məzmuna keç

ABŞ dövlət katibi Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşdü

Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşü olub.

Bu barədə e-huquq.az Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib”, – məlumatda deyilir.