"Şimal-Cənub marşrutunun potensialı daha böyükdür" - Ceyhun Bayramov


  • 5 Dekabr 2022 17:17

"Şimal-Cənub marşrutunun potensialı daha böyükdür".

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi mətbuat konfransında deyib.

"Bu ilin 10 ayının yekunlarına görə, ticarət dövriyyəsi 3 milyard dolları ötüb və bu, təqribən 20 faiz artım deməkdir. İnanırıq ki, bu müsbət tendensiya bu ilin sonuna kimi qorunub saxlanılacaq. Biz bu gün ayrı-ayrılıqda müzakirə etdik və fəaliyyətdə olan Şimal-Cənub layihəsinin təşviqinin zəruriliyinə xüsusi diqqət yetirildi. Lakin biz bu layihənin potensialının daha böyük olduğuna inanırıq”, - deyə Ceyhun Bayramov bildirib.

Oxşar xəbərlər