Azərbaycan səfiri: “Ermənistan BMT TŞ-in üzvü olan ölkələrin çağırışlarına əməl etməlidir”
“BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin, demək olar ki, bütün bəyanatlarında üçtərəfli bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış olub”.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva "Twitter"də yazıb.
O bildirib ki, İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderləri arasından imzalanan üçtərəfli sənədi kobud şəkildə pozur.
“Ermənistan, nəhayət, BMT Təhlükəsizlik Şurasının üzvlərinin bu cür çağırışlarına əməl etməlidir”, – diplomat vurğulayıb.

