"Laçın yolunun blokadası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, dinc etiraz aksiyası keçirən eko-fəallar öz tələblərini dəqiqliklə ifadə ediblər. Belə ki, onlar ekoloji terrora qarşı olduqlarını bəyan ediblər.
XİN rəhbəri vurğulayıb ki, təcili tibbi yardım maşınları, Rusiya sülhməramlı kontingentinin konvoyu, BQXK-nini avtonəqliyyat vasitələri Laçın-Xankəndi yolundan maneəsiz hərəkət edir.
