Məzmuna keç

Azərbaycan XİN başçısı Latviyaya rəsmi səfər edəcək

Azərbaycan XİN başçısı Latviyaya rəsmi səfər edəcək

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək.

E-huquq.az Latviyanın Azərbaycandakı səfirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarov adıçəkilən ölkəyə dekabrın 12-13-də səfər edəcək.

Səfər zamanı o, Latviyanın prezidenti, xarici işlər naziri, Seym (Latviya parlamenti) sədri və ölkənin müdafiə naziri ilə görüşəcək.