Məzmuna keç

Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərə imza vərəqələri verildi

Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərə imza vərəqələri verildi

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərin müraciəti qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, artıq həmin 7 nəfərə imza vərəqələri verilib.