Məzmuna keç

MSK sədri: “Seçicilər seçki məntəqələrinə gələrək öz hüququndan istifadə edə bilərlər”

Bələdiyyə seçkilərində müşahidəçilər üçün hər cür şərait yaradılıb

Bələdiyyə seçkilərində müşahidəçilər üçün hər cür şərait yaradılıb.

E-huquq.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, bütün seçki məntəqələrində xüsusi yerlər ayrılıb və onlar vasitəsilə bütün məntəqəni müşahidə etmək imkanı var.

MSK sədri əlavə edib ki, heç bir seçki məntəqəsinə getmədən də veb-kameralar vasitəsilə seçkiləri müşahidə etmək olar. O, seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb: "Bu gün seçicilər seçki məntəqələrinə gələrək öz hüququndan istifadə edə bilərlər".