Məzmuna keç

MSK prezidentliyə namizədləri qeydə almağa hazırlaşır

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədləri qeydə almağa hazırlaşır.

E-huquq.az-ın xəbərinə görə, bu barədə qurumun sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

“Növbədənkənar prezident sekçilərində namizədlərin qeydə alınması üçün prosesə başlayacağıq”, – o bildirib .

MSK sədri deyib ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri tarixi seçkilərdir: “Ərazilərimiz bərpa edildikdən sonra bütün ölkə ərazisində ilk dəfə seçkilər keçiriləcək. Ona görə də bu seçkiləri tarixi seçkilər adlandırmaq olar”.