Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” hesabında paylaşım edib.
“Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də genişspektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın qarşıdan gələn iqlim sammitinə – COP29-a ev sahibliyi etməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou arasında çox məhsuldar və canlı söhbət baş tutdu”, – paylaşımda deyilir.
