Məzmuna keç

Meksikalı deputat: “Seçkilər yüksək səviyyədə baş tutdu”

"Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri yüksək səviyyədə baş tutdu".

E-huquq.az xəbər verir ki, bunu Meksika parlamentinin deputatı Alberto Villa Villegas deyib.

"Dünən Azərbaycanda keçirilən prezident seçkilərdə müşahidəçi kimi iştirak etdim. Biz 10 seçki məntəqəsində olduq. Diqqətimi çəkən əsas məqam oldu ki, seçki prosesi yüksək səviyyədə baş tutdu. Azərbaycan xalqını bu seçki münasibətilə təbrik edirəm", – deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə