Məzmuna keç

Rusiyalı politoloq: “Seçkilər beynəlxalq hüququn norma və tələblərinə uyğun şəkildə keçirildi”

"Dünən əksər seçki məntəqələrinin qarşısında növbə var idi. Seçici fəallığı əsas diqqət çəkən məqamlardan idi".

E-huquq.az xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar seçkilərinin nəticələri ilə bağlı danışarkən deyib.

O bildirib ki, seçkilər beynəlxalq hüququn norma və tələblərinə uyğun şəkildə demokratik, azad, sərbəst mühitdə baş tutub və seçicilərin iradəsini əks etdirib.

"Azərbaycan xalqı öz liderinə səs verdi. Əminəm ki, bütün beynəlxalq təşkilatlar bunu etiraf edəcək. Azərbaycanda daha əvvəl seçki prosesini müşahidə etmişik. Bu dəfə 20 nəfərlik heyətlə 30 məntəqədə olduq. Müşahidələrimiz əsasında hesabat hazırladıq. Çatışmazlıqlar daha çox texniki xarakter daşıyırdı. Fürsətdən istifadə edib Prezident İlham Əliyevi inamlı qələbə münasibətilə təbrik edirəm", – deyə politoloq qeyd edib.

Şəbnəm Mehdizadə