Məzmuna keç

Anqolalı deputat: “Seçki məntəqələrində bayram əhval-ruhiyyəsi var idi”

"Azərbaycanda prezident seçkiləri azad, qanunauyğun və şəffaf şəkildə keçirildi".

E-huquq.az xəbər verir ki, bunu Anqola parlamentinin nümayəndəsi Pedro De Morais Neto deyib.

"Seçkilər haqda təəssüratımız müsbətdir. Bakıda və Sumqayıtda 15 seçki məntəqəsində olduq. Olduğumuz bütün məntəqələrdə seçicilərin fəallığı hiss olunurdu. Seçicilər üçün lazımi bütün şərait yaradılmışdı. Məntəqələrdə bayram əhval-ruhiyyəsi var idi. İnsanlar öz vətəndaşlıq vəzifəsini həvəslə icra edirdi. Düşünürəm ki, bu həm iqtisadi, həm də sosial stabillikdən irəli gəlir. Bu stabillik uzun müddət müharibə şəraitində yaşayan bir ölkə üçün böyük şansdır", – deyə o bildirib.

Şəbnəm Mehdizadə