"Dünən Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdı".
E-huquq.az xəbər verir ki, bunu Qırğızıstan parlamentinin nümayəndə heyətinin rəhbəri İskəndər Matraimov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı danışarkən deyib.
"Səsvermə prosesi həm rayonlarda, həm də şəhərlərdə qanunlara və beynəlxlaq tələblərə uyğun təşkil edilmişdi. Mediada hazırlıq mərhələsi boyu bütün namizədlərə təşviqat imkanları yaradılmışdı. Namizədlər rahat şəkildə seçki kampaniyasını və təşviqat işlərini apardı. Bu seçki bütöv Azərbaycan ərazisində keçirildi. Seçki prosesində beynəlxlaq standartlarda göstərilən şərtlərə tam riayət olunub. Əhalinin bütün təbəqəsi seçki prosesində təmsil olundu. Fiziki məhdudiyətli şəxslər üçün xüsusi şərait yaradılmışdı", – deyə qırğız deputat qeyd edib.
Şəbnəm Mehdizadə
