Fransa siyasəti  Gi de Mopassanın “Gombul” əsərinə bənzəyir


  • 9 Fevral 11:06

Müasir sivilizasiya üçün sülh və təhlükəsizliyin bəşəri dəyərlərinin prioritet olaraq müəyyən edildiyi XXI əsrdə hələ də XVII əsrin müstəmləkə təfəkkürünün mövcudluğu və koloniyaların olması utancverici bir haldır. Müasir beynəlxalq hüquq qarşısında özünü dünyada insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın bu prosesdə xüsusi amansızlıqla davranması, müstəmləkəçiliyi yeni mərhələyə - neokolonizasiya prosesinə daşıması əsas problemlərdən biridir desək heç də yanılmarıq.

Parisin qlobal subyekt kimi təsir gücü, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünya menecmentində yer alması, nüvə dövləti olması son dövrlərə qədər Fransanı planetar miqyaslı tənqidlərdən sığortalayırdı. Bu situasiya Fransada cinayətkarcasına Parisin neokolonizasiya prosesinin daha şiddətli formaya transformasiyasına gətirib çıxarıb. Asiya ölkələrinə və xüsusən İslam dünyasına münasibətdə insan haqlarının müdafiəsi və təmini ilə bağlı məsələləri təzyiq alətinə çevirən Fransa cəzasızlıq mühitindən yararlanaraq özünün müstəmləkələrində sözün əsl mənasında hüquqsuzluq mühiti formalaşdırıb. Fransa dəyişən reallıqlar fonunda təcavüzkar niyyətlərinin dairəsini genişləndirməkdə davam etmiş, Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üçün hüquqazidd fəaliyyətlər seriyasına start vermişdir.

Dünyanın bir sıra ölkələrində, o cümlədən Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyada müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi bu yaxınlarda Azərbaycanda ifşa olunub.

Azərbaycan ərazisində onlar Fransa səfirliyi daxili rezidenturasının Fransanın "tərəfdaşı" kimi bir sıra ölkələrin nümayəndələrinə qarşı kəşfiyyat əməllərinə görə diqqəti cəlb edib və yaxalanıblar. Emmanuel Makron bu hadisələrdən sonra Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən kənarlaşdırıb.

Martin Rayanın casusluq məqsədi üçün istifadə edilməsini və buna görə məsuliyyət daşımalı olanları Fransanın nüfuzlu mətbuat orqanları davamlı olaraq tənqid edir. Bakıda həbs olunan casus Martin Rayan ətrafında qalmaqal yeni detallarla hələ də Fransa gündəmində qalmaqdadır. "Agence France-Presse" (AFP) agentliyinə Martin Rayanın atası Riçard Rayan açıqlamasında bildirib ki, oğlu ölkəsi tərəfindən istifadə edilib. Martin Rayanın valideynlərindən geniş məlumat almış erməniəsilli aktivist-jurnalist Leo Nikolianın müsahibəsini Kernews.com mətbuat-radio şəbəkəsi yayımlayıb. Fransa xarici kəşfiyyat qurumunun rəhbərinin işindən uzaqlaşdırılması, Fransa xarici işlər nazirinin istefası və istefadan əvvəl Martin Rayanla bağlı atdığı addım da daxildir. Martin Rayanın atasından sitat gətirən həftəlik "Paris Match" qəzetində yazılır: "Onunla danışarkən o, mənə dedi ki, ondan "piyada" kimi istifadə ediblər". Müsahibədə qeyd edilir ki, Martin əslində sadə biznesmen olub. Düşünüb ki, Azərbaycan turistlər üçün cəlbedici məkandır.Ona görə buranı seçib. Lakin uydurulan bu hekayə "uşaq başı aldatmaq" kimi görünür. Guya o, buraya məhsullar gətirir, biznesə başlayır. Çörəkpulu ardınca qaçan "məsum" casusumuz pul qazanır və bir qadınla ailə həyatı qurur. Daha sonra Fransa xüsusi xidmət orqanları Martin Rayanı ziyarətə gəlir və onu zorla onlara işləməyə məcbur edirlər. "Çörəkpulu ardınca qaçan" Martin imtina edir və deyir ki, mənə maraqlı deyil, mənim artıq işim var. Onu ailəsi və həyatı ilə təhdid edirlər. Qeyd olunur ki, bütün səfirliklər paytaxtdadır. İran restoranına diplomatlar və İran ictimaiyyəti, Amerika restoranına Amerika səfirliyinin əməkdaşları gəlir. Bakıda bir çox restoran üçün qida məhsulları paylayan Martin Rayan bu fürsətlərdən istifadə edərək casusluq etməyə başlayıb.Martinin müştəriləri olan restoran sahibləri onun xəbərçisi olublar.

"Paris Match" qəzetindəki yazıda daha sonra qeyd edilir ki, xarici işlər naziri Ketrin Kolonna Azərbaycandan bu Fransa vətəndaşının azad edilməsini xahiş edib, ancaq bu adamı öz nazirliyi və səfirliyi vasitəsilə tələyə salan da elə odur. Yaranmış bu vəziyyətə görə məsuliyyət Fransa dövlətinin üzərinə düşür. Həqiqətən də bu hadisə kəşfiyyat tarixində yaşanılan ən böyük biabırçılıqlardan biri sayılır. Müsahibədə ölkəsindən ümid kəsildiyi açıq ifadə olunur. Qeyd edilir ki, yeganə ümid Azərbaycan hökumətinədir ki, onu əfv etsinlər. Fransa vətəndaşını, öz casusunu şahmat "piyada"sı kimi qurban verir. Martin Rayan ötən il dekabrın 4-də Azərbaycanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı sayəsində həbs edilir.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Fransa hakimiyyətinin anti-Azərbaycan siyasəti artıb və son aylarda özünü daha aydın şəkildə büruzə verir. Ermənistanın əli ilə regionda nüfuz dairəsini genişləndirməyə çalışan Fransa hətta bu çirkin əməllərini reallaşdırmaq üçün İrəvana öz hərbi-siyasi dəstəyini göstərməklə hərbi əməkdaşlıq barədə müqavilə imzalayıb və hətta silah verib. Bütün bunların müdafiə xarakterli olduğunu bildirərək öz destruktiv fəaliyyətini davam etdirən Parisin Cənubi Qafqaz regionunda maraqlı olması hər kəsə bəllidir. Ona görə də bu faktların ortaya çıxması heç də təəccüblü deyil. Fransanın buradakı əlaltılarının aşkara çıxarılması hüquq-mühafizə və xüsusu xidmət orqanlarımızın yüksək peşəkarlığının nəticəsidir. Öz maraqları üçün kimlərisə alət kimi istifadə etməyə adət etmiş Fransa rəhbərliyinin qurban verdiyi piyadası onlara heç nə qazandırmayıb. Çünki Azərbaycanın hüquq-mühafizə orqanlarının təcrübəsi nəticəsində onların zərərsizləşdirilməsi, Fransa hakimiyyətinin Azərbaycana qarşı çirkin siyasətinə, Fransa kəşfiyyatının imicinə böyük zərbə olub. Məkrli siyasət yürüdən, müxtəlif qurbanlarını kəşfiyyat üçün göndərən Paris uğursuzluğa düçar olması göz qabağındadır.

Bu arada qeyd edək ki, Fransa siyasəti sanki Fransız yazıçısı Gi de Mopassanın “Gombul” əsərində təsvir olunan hadisələrə bənzəyir.

Otuz ilə yaxın bir müddətdə Qarabağda münaqişənin həllini üzərinə götürən ATƏT-in keçmiş Minsk qrupunun fransalı həmsədri daha çox ermənipərəst mövqe nümayiş etdirib. Bəzi fransalı siyasətçilər Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış ediblər. Yəni Fransanın bir çox siyasətçilərinin Azərbaycana qarşı qərəzi və kini onların çürük mənəviyyatının göstəricisi olmuşdur. Qeyd etmək yerinə düşər ki, Fransa öz adını dünya tarixinə xüsusilə də son 300 ilə nəzər yetirsək, müstəmləkəçi, işğalçı, soyqırımı törədən dövlət kimi yazıb.

Tarixdən məlumdur ki, Korsika adası uzun müddətdir Fransa müstəmləkəçiliyindən əziyyət çəkir. Fransa hakimiyyəti tərəfindən təqiblərə və repressiyalara məruz qalan korsikalılar Fransadan ayrılmaq istəyi ilə azadlıq uğrunda mübarizəyə dəstək olan Korsikada Fransa müstəmləkə hökmranlığına qarşı dinc mübarizə məqsədilə təsis edilən"Nazione" hərəkatı ilə təşkilatlanırlar. Ölkələrin daxili işlərinə Demokratiya" və "insan haqları" pərdəsi altında kobud müdaxilələr etməyə çalışan Makron diktaturasının 150 mindən artıq insanın danışdığı Korsika dilini və milli kimliyini məhv etmək siyasəti yürütməsi özlüyündə Fransanın dövlət siyasəti səviyyəsində soyqırımı cinayəti kimi qəbul olunur. Fransadakı korsikalılara qarşı ayrı-seçkilikdən, aşağılamaqdan, siyasi təqibdən əl çəkmir, Korsika adasında açıq şəkildə insan hüquq və azadlıqlarını boğur. Fransa əsrlər boyu yürütdüyü müstəmləkəçilik siyasəti öz müstəmləkələrində hüquqsuzluq mühiti formalaşdırıb.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər