Məzmuna keç

Prezident: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır”

"2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi".

E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”.