Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü - YENİLƏNDİ


  • 19 Fevral 22:08

Fevralın 19-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

20.31

Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan "X" səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.

Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”, - paylaşımda deyilir.

Oxşar xəbərlər