XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə götürdü


  • 21 Fevral 10:18

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Bu barədə e-huquq.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Oxşar xəbərlər