Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə bəzi qərarlarında dəyişiklik edib.
E-huquq.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı" dəyişib. Belə ki, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun (AzETSPİ) bazasında Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, “Azərbaycan Hidrotexnika və Meliorasiya” Elmi-İstehsalat Birliyinin (“AzH və M” EİB) bazasında Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.
