- 21:11
Kütləvi informasiya vasitələrində geniş yayılan foto və videofaktlar, habelə cinayəti törədənlərin etirafları Xocalıda zorakılıqdan xəbər verir. Təəssüf ki, günahkarlar hələ də məsuliyyətə cəlb olunmayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" səhifəsindəki paylaşımında deyilir.
"Soyqırımın 32-ci ildönümündə Xocalıya ədalət tələb edirik. Şəhidlərin qəbri nurla dolsun!", - A.Hacızadə qeyd edib.