Türkiyə XİN başçısı Xocalı soyqırımı ilə bağlı başsağlığı verdi


  • 26 Fevral 13:42

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.

E-huquq.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, can Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə nazir vurğulayıb.

Oxşar xəbərlər