"İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq".
E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
