Stoltenberq: Azərbaycan-NATO tərəfdaşlığının daha da gücləndirilməsini səbirsizliklə gözləyirəm


  • 17 Mart 23:06

Azərbaycan-NATO tərəfdaşlığını daha da gücləndirməsini səbirsizliklə gözləyirəm.

E-huquq.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “X”dəki hesabında yazıb.

“Bakıda Azərbaycan Prezidenti ilə görüşmək xoşdur. Azərbaycan NATO-nun çoxdankı tərəfdaşıdır və mən tərəfdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözləyirəm. Cənubi Qafqazda sülh və sabitlik daha geniş mənada təhlükəsizliyə aiddir. Mən Azərbaycan və Ermənistan arasında sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram”, - Stoltenberq vurğulayıb.

Oxşar xəbərlər