Məzmuna keç

MSK-nın nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edildi

MSK-nın nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

E-huquq.az xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, qrupun tərkibinə "Real Media", "Azad Azərbaycan", "Report" və "Gündəlik Teleqraf" qəzetinin və Mətbuat Şurasının üzvləri daxil edilib.