Məzmuna keç

Seçkilərlə əlaqədar 81 beynəlxalq müşahidəçi akkreditasiyadan keçdi

Seçkilərlə əlaqədar 81 beynəlxalq müşahidəçi akkreditasiyadan keçdi

Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, Azərbaycan daim seçkilər dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq edib: “Bu seçkilərlə bağlı biz beynəlxalq təşkilatlara dəvət göndərmişik. Bir çoxları artıq müsbət cavab verib”.

MSK sədri məlumat verib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib ki,onlardan 1622 nəfərin namizədliyi qeydə alınıb.

Parlament seçkilərində indiyə qədər 81 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.

M.Pənahov əlavə edib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.